waplog

5 ayda xidmət sektorunda əlavə dəyər istehsalının 5,2 faizi informasiya və rabitə xidmətlərinin payına düşüb


2014-cü ilin yanvar-may ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 23,4 milyard manata çatıb.
 
 "ICTnews" elektron xəbər xidməti bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. DSK-nın statistik göstəricilərinə görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1,4 faiz artaraq 2499,8 manat (3187,4 ABŞ dolları) təşkil edib.
 
Qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,7 faizdən 55,4 faizədək yüksəlib.
 
Xidmət sektorunda əlavə dəyər istehsalının 5,2 faizi informasiya və rabitə xidmətləri göstərən sahələri əhatə edib. Hesabat dövründə məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil edib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL