waplog

“Bluetooth”lu klaviatura


“Elecom” şirkəti “iPad” planşet kompyuteri, “iPod touch” cib pleyerləri və “iPhone” smartfonları üçün portativ klaviatura istehsal edib.

“Apple” cihazları ilə məlumat mübadiləsi simsiz “Bluetooth” əlaqə vasitəsi ilə həyata keçirilir. Klaviatura ilə iş üçün drayver (sürücü) və ya hər hansı proqram təminatı quraşdırmaq tələb olunmur.

Tədarük dəstinə daşıma üçün futlyar, “iPod touch” və ya “iPhone” üçün xüsusi altlıq daxildir. Qurğu 70 düymə və 6 əlavə çoxfunksiyalı klavişə (səs səviyyəsinin tənzimlənməsi üçün) malikdir. Qidalanma “AAA” standartlı 2 batareyadan həyata keçirilir.

Açılmış vəziyyətdə klaviaturanın ölçüləri 319,2×102,9×9,6 millimetr, qatlanmış vəziyyətdə isə 162,5×102,9×19,2 millimetr təşkil edir; çəkisi təxminən 200 qramdır. Qurğunu 120 dollara əldə etmək olar.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL