waplog

Dünyanın ən güclü superkompüteri istifadəyə verilib


Hindistanın IIT Kanpur İT universiteti “HP” şirkəti tərəfindən hazırlanmış regionun ən güclü superkompüterlərindən birini istifadəyə verib. Yeni superkompüter dünyanın ən güclü superkompüterlərinin  reytinqində (“TOP500”) 130-cu yerdə qərarlaşıb.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, superkompüterin gücü 282,6 Tflop/san, ümumi yaddaş həcmi 98304 QB və 15360 prosessor nüvəsindən ibarətdir. Superkompüter bir həftə öncə işə salınıb, hazırda onu universitetin nəzdindəki kimya kafedrası idarə edir.
 
Universitetdən bildirilib ki, superkompüter aerodinamika, iqlim proqnozlaşdırılması və biokimya sahəsində tədqiqatlar aparmaq üçün istifadə ediləcək. Universitet yeni superkompüterin hazırlanmasına 48 milyon rupi və ya 8 milyon dollar vəsait xərcləyib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL