waplog

Azərbaycanda güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 23 mini ötüb


Ölkədə “Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən “Xalq kompüteri” layihəsi uğurla davam etdirilir.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hazırda layihə çərçivəsində güzəştli şərtlərlə satılan kompüterlərin sayı 23035 ədədə çatıb.
 
Layihədə  təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
 
“Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.
 
Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL