waplog

“UltraHD” kontenti inanılmaz dərəcədə inkişaf edəcək


“NSR” şirkətinin proqnozlarına görə, 2023-cü ilədək 300-ə yaxın “UltraHD” (və ya 4K) TV kanallı peyk platformalar əsasında işləməyə başlayacaq.
 
“ICTnews” xəbər xidmətinin “www.tdaily.ru” saytına istinadən verdiyi məlumata əsasən, qarşıdan gələn onillikdə “UltraHD” kontenti dünyanın bütün regionlarının əhalisi üçün əlçatan olacaq. İlk (test olmayan) kommersiya kanalları 2015-ci ilin sonunda DTH abunəçilərinə təqdim ediləcək.
 
Önümüzdəki illər ərzində DTH platformaları şəbəkələrində “UltraHD” kontenti  artıracaqlar, bu arada “UltaHD” kontentin mədaxili 2023-cü ilədək 125 milyon dollar, gəliri isə  500 milyon dollar təşkil edəcək. Baxmayaraq ki, hazırda “UltraHD” lizinqindən heç kim  qazanc əldə etmir.
 
NSR-in analitikləri xatırladırlar ki, 2013-cü ildə dünya bazarına müvafiq kontentin və kanalların məhdud olması, demo kanallara çətin çıxış, həmçinin   IPTV və “YouTube” vasitəsi ilə əlçatımlı “UltraHD” kontentin sayının məhdud olması fonunda 3,1 milyon “UltraHD” TV təqdim edilib.
 
“UltraHD” kontentin maksimum konsentrasiyası yaxın gələcəkdə Şimali Amerika və Qərbi Avropa və Şərqi Asiya kimi inkişaf etmiş televiziya bazarlarında yeni texnologiyaların mənimsənilməsi sayəsində təmin olunacaq.
 
NSR rəyinə əsasən, 2023-cü ildə, Şərqi Asiyada, xüsusilə Yaponiya, Cənubi Koreya və Çin kimi ölkələrdə, onlarla “UltraHD” kanalları yayımlanacaq.
 
NSR-in analitiki Bleyn Kursio bildirib ki,  “UltraHD” seqmentində tələbat və təklif artımı Cənubi Asiyada müşahidə olunacaq. Onun sözlərinə əsasən, 3D-dən fərqli olaraq, “UltraHD” texnologiyası ətrafında yaxın illərdə ticarət ekosistemi yaratmaq iqtidarındadır.
 
Maraqlısı odur ki, 2013-cü il ərzində 3.1 milyon “UltraHD” televizor təqdim edildiyi halda, bu ilin  birinci rübündə bazara təxminən 1 milyon televizor təqdim edilib.
 
Proqnozlara əsasən, 2014-cü ilin sonunda UHD-panellər ümumi qlobal təchizatlarının həcmi 15,2 milyona çata bilər.
 
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL