waplog

"Google" ABŞ-dan kənarda "ağıllı" eynəyin satışına başlayır


Mayın ortalarında "Google Glass" smart eynəyinin açıq satışlarına  başlanılıb. Bu günədək qurğunu yalnız ABŞ-dan satın almaq mümkün idi. Hazırda sözügedən cihaz Böyük Britaniyada əlçatandır.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ABŞ-da "Google Glass" cihazının qiyməti 1500 dollar olduğu halda, Dumanlı Albionda 1000 funt- sterlinq (təxminən 1700 dollar) təşkil edir. Həmçinin britaniyalılar əlavə çərçivə və şüşə üçün müvafiq olaraq 175 və 120 funt ödəməli olacaq, halbuki amerikalılar üçün bu avadanlıqlar ödənişsizdir.
 
"Google Glass" kompüterləşdirilmiş eynəyinin satışı "Google Play Store" internet dükanında işə salınıb. Məhsulu bu saytdan sifariş etdikdə istehsalçı cihazı iki günə çatdırmağa söz verir.
 
"Google Glass" smart eynəyi üzərində artıq bir neçə ildir iş aparılır. Bu yaxınlarda işə salınmış "Google Glass Explorer" proqramı hər bir şəxsə daşınan cihazı 1500 dollara satın almaq imkanı yaradır. Bu qiymət aparatın komponentlərinin ümumi maya dəyərindən təxminən 10 dəfə yüksəkdir.
 
"Google Glass" kompüterləşdirilmiş eynəyi əvvəlki kimi beta sınaq mərhələsindədir. Məhsulun yekun versiyası cari ilin sonunadək gözlənilir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL