waplog

“Microsoft” Korporasiyası “OneDrive” servisini yeniləyib


"Microsoft" Korporasiyası "OneDrive" servisinin yenilənməsini elan edib ki, yenilənmə çərçivəsində istifadəçilərə təqdim olunan pulsuz servisin həcmi  genişləndiriləcək, pullu servisin qiyməti aşağı salınacaq, "Office 365"-in abunəçiləri isə əlavə imkanlar əldə edəcək.
İndi "OneDrive"da pulsuz olaraq əvvəlki kimi 7 Qb deyil, 15 Qb-dək məlumatı saxlamaq mümkün olacaq.
Onun istifadə qiyməti aşağıdakı kimi olacaq:
o Şəxsi "Office 365" üçün ayda 6,99 dollar
o Ev üçün "Office 365"– ayda 9,99 dollar (5 istifadəçiyədək, saxlanma yerinin ümumi həcmi 5 Tb)
o Tələbələr üçün "Office 365" – 4 il üçün 79,99 dollar
o   100 Qb üçün ayda 1,99 dollar.
Sözügedən servisdən yararlanmaq üçün dostlarını dəvət edən "OneDrive" istifadəçiləri əvvəlki kimi 55 Qb-dək pulsuz saxlanma yeri əldə edəcək (hər dəvətə görə 500 Mb). Bundan başqa, istənilən qurğuda fotoşəklin "bulud"a yüklənməsinin avtomatik aktivləndirmə funksiyasından sonra "OneDrive" əlavə 3 Qb təqdim edir.

Xatırladaq ki, "OneDrive" internet-hostinq sənədlər, fotoşəkillər, videolar və digər faylları "bulud"da saxlamaq və istənilən qurğuda onları açmaq imkanını yaradır. Bütün son yeniliklərdən yaxın həftələr ərzində istifadə etmək mümkün olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL