waplog

Londonda “ICANN” təşkilatının növbəti konfransı keçirilir


Londonda "ICANN" təşkilatının (Internet Corporation for Assigned Names and Numbers - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) növbəti konfransı keçirilir.

Müxtəlif ölkələri təmsil edən 3300 iştirakçı təşkilata nəzarətin ABŞ tərəfindən onun mərkəzi domen adları sistemi serverlərinə verilməsindən sonra necə fəaliyyət göstərəcəyini müzakirə edir.    

Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri Ed Veyzi bildirib ki, internet üzərində dövlət tərəfindən nəzarəti, onun bürokratlaşmasını nəzərdə tutan yanaşma uğursuzluğa düçar olacaq. Onun sözlərinə görə, internetin işi üzərində idarəetmə tərəfdaş üsulları ilə həyata keçirilməlidir və "ICANN" indiyədək onun öhdəsindən layiqincə gəlib.
 
Fransa nümayəndəsi Aksel Lemer isə "ICANN"-ın fəaliyyətindən narazı olduğunu ifadə edib. O vurğulayıb ki, təşkilatın fəaliyyətində şəffaflıq yoxdur və dövlətin rolunu kiçiltmək lazım deyil. Fransa təmsilçisi həmçinin "ICANN"-ın strategiyası, büdcəsinin bölüşdürülməsi və şura üzvlərinin təyin edilməsi məsələləri ilə məşğul olacaq yeni dövlətlərarası assambleyanın yaradılmasını təklif edib. Onun fikrincə, belə olan halda "ICANN" həqiqi beynəlxalq təşkilat ola bilər.
 
Qeyd edək ki, Fransa "ICANN" tərəfindən yüksəksəviyyəli ".vin" və ".wine" domenlərinin verilməsi qərarından narazıdır. Belə ki, Fransa tərəfi ".vin" coğrafi adının olduğu bu domen adlarında qeydiyyatın məhdudlaşdırılmasına təkid edir, - "Computerworld www.osp.ru" yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL