waplog

7 il bundan əvvəl birinci “iPhone” smartfonunun satışlarına başlanılıb


29 iyun 2007-ci il tarixində birinci “iPhone” smartfonunun satışlarına  başlanılıb. Bu aparat mobil seqmentdə çevriliş edib və sözügedən cihazın sayəsində smartfonlar indiki populyarlığı qazanıblar. Amma 7 il bundan əvvəl uğur barədə danışmaq tez idi, çünki “Apple” şirkəti böyük risk edirdi.
 
Bununla belə, “iPhone” şirkətin tarixində ən uğurlu məhsul olub. İndiyədək “Apple”ın gəlirinin çox hissəsini “iPhone” generasiya edir.
 
“ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, bu inqilabi qurğunun hazırlanması çox vaxt alıb. “iPhone” smartfonunun çıxarılmasından yalnız 3 il sonra  ona rəqib alternativ “Android” platforması üzə çıxıb.
 
Hazırda birinci “iPhone” və “iPhone 5s” smartfonlarını müqayisə etdikdə bu illər ərzində smartfonların uğurunu anlamaq olur.
 

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL