waplog

“Windows Phone” əsasında işləyən qurğu istifadəçiləri ölkənin bankomat şəbəkəsi haqqında ətraflı məlumat əldə edə bilər


 "Microsoft Azerbaijan" şirkəti Azərbaycanda "Windows Phone" əməliyyat sistemi əsasında işləyən qurğular üçün bankomatların mobil geolokasiyası servisinin istifadəyə verilməsini elan edib.
 
"Baku ATM" mobil əlavəsi "Windows Phone" istifadəçiləri üçün "Safaroff Creative Agency" tərəfindən hazırlanıb və təqdim olunub. Bu servis onlayn rejimində mobil telefon və ya smartfon vasitəsilə ən yaxın bankomatı aşkar etmək, həmçinin, ölkənin konkret regionunda bankomatlar haqqında məlumat almaq imkanını yaradır.
 
Sözügedən mobil əlavə ölkənin bankomat şəbəkəsini əhatə edir ki, buraya "Windows Phone" istifadəçiləri üçün mindən çox bankomat haqqında məlumat daxildir.
 
Mobil əlavəni "Windows Phone" marketində ("Marketplace") pulsuz yükləyib quraşdırmaq mümkündür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL