waplog

Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq çərçivəsində imzalanmış müqavilənin təqdimatı keçiriləcək


Azərbaycanın ilk "3G" operatoru "Azerfon" şirkəti iyulun 2-də Bakıda keçiriləcək ilk Avropa oyunlarına hazırlıq çərçivəsində keyfiyyətli rabitə xidmətlərinin təşkil edilməsi ilə bağlı  bağlanan müqavilənin təqdimatını keçirəcəklər.
 
 
Bakıda 2015-ci ildə keçiriləcək Avropa oyunları zamanı keyfiyyətli rabitənin təmin edilməsi ilə bağlı elan edilmiş tenderin qalibi "Azerfon" şirkəti olub. Tender şərtlərinə əsasən, şirkət beş min istifadəçini mobil qurğu, telefon və Sim kartla təchiz edəcək.
 
Eyni zamanda, operator  oyunların keçiriləcəyi ərazilərdə və bu ərazilərə gətirən bütün marşrutlarda öz şəbəkəsinin sabit işini təmin edəcək.
 
 
Bununla yanaşı, keyfiyyətli rabitəni təmin etmək  məqsədi ilə Azərbaycanın üç mobil rabitə operatoru səylərini birləşdirəcəklər. Olimpiya stadionu ərazisində şəbəkə infrastrukturunun yaradılması və bu şəbəkəyə hər üç operatorun qoşulması nəzərdə tutulub.
 
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL