waplog

“Thomson Reuters”: “2025-ci ilədək bütün ucqar regionlar rəqəmli radiorabitə ilə əhatə olunacaq”


“Thomson Reuters” informasiya agentliyinin elm şöbəsinin analitikləri yaxın illərdə dünyanı əsaslı şəkildə dəyişəcək on əhəmiyyətli texnologiya və elmi kəşfin adını açıqlayıblar.

Agentlik mütəxəssislərinin proqnozuna görə, genetikanın elmi nailiyyətləri ağıldankəmlik və birinci tip şəkərli diabet xəstəliklərinin profilaktikasını və müalicəsini xeyli yaxşılaşdıracaq, günəş energetikası əsas enerji mənbəyinə çevriləcək, dünyada ərzaq çatışmazlığı müşahidə edilməyəcək, xərçəngin müalicəsinin əlavə təsirləri azalacaq.

Qrafen və karbon nanoborucuqlar əsasında yarımkeçirici materialların və kondensatorların, müstəqil servis antenalarının tətbiqi ilə simsiz şəbəkələrin və beşinci nəsil rabitə texnologiyasının yaradılması bütün ucqar regionları simsiz rabitə ilə təchiz etməyə imkan verəcək. Analitiklərin qənaətinə görə, 2025-ci ildə Afrika qitəsi simsiz şəbəkə ilə əhatə olunacaq, avtomobil, ev, soyuducu və qabyuyan maşınlar şəbəkəyə qoşulma ilə təchiz ediləcək.  

2025-ci ilədək kvant teleportasiyası (obyektin enerjiyə çevrilib digər məkana keçməsi) həyata keçiriləcək. Bu sahədə fiziklər xüsusilə Böyük Adron Kollayderində aparılan tədqiqatlar sayəsində böyük elmi irəliləyişin olacağını bildirirlər, - "Computerworld www.osp.ru” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL