waplog

“Sinam” şirkəti Qırğızıstanın Maliyyə Nazirliyində Azərbaycanın uğurlu təcrübəsini tətbiq edə bilər


Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan “Sinam” şirkəti Qırğızıstanın Maliyyə Nazirliyi ilə danışıqlar aparır.
 
Şirkətin  rəhbəri Elçin Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, danışıqlar Qırğızıstan Maliyyə Nazirliyində  FARABİ xəzinədarlıq sisteminin tətbiqi üzrə layihəni başa çatdırmaqla bağlıdır.
 
“Qırğızıstanda qeyd edilən layihəni “Kanad” şirkəti həyata keçirməyə başlayıb, lakin işlər yarıda qalıb və gözlənilən effekti verməyib. Buna görə də, Qırğızıstan Azərbaycanın uğurlu təcrübəsini nəzərə alaraq bu layihənin başa çatdırılmasını bizə həvalə etmək istəyir. Hazırda biz onların tələblərinə əsasən  təqdimat hazırlayırıq və iyul-avqust aylarında Qırğızıstan Maliyyə Nazirliyi ilə danışıqlar aparmaq və onlara təkliflərimizi təqdim etmək niyyətindəyik. Azərbaycan Vergilər Nazirliyində bizim tətbiq etdiyimiz avtomatlaşdırılmış vergi xidmətinin tətbiqi sahəsində təcrübəmiz digər ölkələrdə oxşar layihələrdə iştirak etməyə imkan verir. Biz tenderdə qalib gəldiyimiz halda bu ilin sonuna kimi artıq müqaviləni imzalayaraq işə başlaya bilərik, layihənin tam başa çatdırılmasını isə bir il ərzində gözləmək olar”, - deyə o bildirib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL