waplog

Gömrük sahəsində müasir müşahidə, nəzarət, axtarış, müayinə, proqram və rabitə vasitələri şəklində texniki yardımların təşkili vacibdir


Gömrük sahəsində müasir müşahidə, nəzarət, axtarış, müayinə, proqram və rabitə vasitələri şəklində texniki yardımların təşkili olduqca vacibdir.
 
Həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının, silah və sursatın, digər qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, terrorçuluğa, insan alverinə və çirkli pulların yuyulmasına qarşı mübarizə fəaliyyətini həyata keçirən orqanların  əməkdaşlarının peşəkar hazırlığının artırılması məqsədilə beynəlxalq və milli səviyyədə təlimlərin, təcrübə mübadiləsinin və qabaqcıl təcrübə ilə tanışlıq məqsədi ilə qarşılıqlı səfərlərin reallaşması da mühümdür.
 
 Bu fikri BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisinin (UNODC) nümayəndələri ilə Dövlət Gömrük Komitəsində (DGK) keçirilən görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev bildirib. Komitədən verilən məlumata görə, Ə.Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı İdarəsi arasında qurulacaq əməkdaşlıq imkanlarından bəhs edib.
 
 
UNODC İcraçı direktorunun kabinet rəhbəri Roberto Arbitrio Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etdiyi və artıq BMT-nin proqramlarına donorluq edəcək səviyyəyə gəldiyini vurğulayıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL