waplog

“British Airways” yüksək texnologiyalı yorğanın sınağına başlayıb


“British Airways” aviaşirkəti sərnişinlərə uçuş vaxtı rahat yuxu təmin etmək üçün beyin dalğaları vasitəsilə rəngini dəyişən yüksək texnologiyalı yorğanı sınaqdan keçirir.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, fiber-optika ilə təchiz olunmuş “Xoşbəxt yorğan” nevrosensorlarla idarə olunur və insan beyninə ötürülən dalğalar vasitəsilə rəngləri qırmızıdan maviyə dəyişdirərək sərnişinlərin istirahət vaxtını müəyyən edir.
 
Sözügedən yenilik aviaşirkətə yemək və hətta filmlərə baxmaq vaxtını dəyişdirmək imkanı yaradacaq ki, bütün bunlar “British Airways” reyslərində sərnişinlərə rahat yuxu və istirahəti təmin edəcək.
Ötən həftə könüllülərdən ibarət bir qrup şəxs Hitroudan Nyu-Yorka uçan təyyarədə bu xidmət növündən istifadə edib və bu haqda hesabat veriblər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL