waplog

“Zolotaya Korona” beynəlxalq pulköçürmələri sistemi üzrə fəaliyyəti ilə seçilən poçt əməliyyatçıları mükafatlandırılıb


"Zolotaya Korona" beynəlxalq pulköçürmələri sistemi tərəfindən MDB banklarının inkişafı üzrə menecer Aleksey Borovov Bakıda olub.

 A.Borovov  "Azərpoçt"  MMC-nin sözügedən sistem üzrə fəaliyyəti ilə seçilən əməliyyatçılarla görüş keçirib.
 
Nümayəndə əməliyyatçılar - Nizami Zalov (3 saylı PF), Mahir İbrahimov (Saatlı PF), Rəsmiyyə Tahəddinova (6 saylı PF), Səbinə Qasımova (1 saylı PF), Şəhla Tapdıqova (Şamaxı PF), Cənnət Bizillayeva (Balakən PF), Səyyarə Göyüşova (Abşeron PF), Nasir Ələkbərov (Gəncə PF), Yaqut Həmidova (5 saylı PF) və Aliyə Əliyevanı (6 saylı PF) həvəsləndirici diplom və qiymətli hədiyyələrlə mükafatlandırıb.
 
Qeyd edək ki, ötən il "Azərpoçt" MMC ilə "Zolotaya Korona" beynəlxalq pulköçürmələri sistemi arasında qarşılıqlı korporativ əməkdaşlıq haqqında müqavilə imzalanıb.
 
Qısa müddət ərzində "Azərpoçt" MMC-nin bütün lisenziya almış tabeli poçt şöbələrində  bu sistem üzrə aparılan əməliyyatların sayı nəzərəçarpacaq dərəcədə artıb.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL