waplog

Azərbaycanda “4G” texnologiyası ilə qurulan zavod 8 milyon manat gəlir gətirib


Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulub və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. “ICTnews” xəbər xidmətinin məlumatına görə, istehsal gücünə görə, bu zavod Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisə hesab olunur.
 
Tullantıların yandırılması prosesi nəticəsində indiyədək 231 milyon KVt/saata yaxın elektrik enerjisi istehsal olunub. Əldə olunan enerji 50 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verir. Bunu maliyyə ilə ifadə etsək, 8 milyon manata yaxın dəyərində elektrik enerjisi istehsal edib.
 
 
Bərk məişət tullantılarının yandırılması zamanı yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutulur ki, bu da ətraf mühitin çirklənməsinin qarşısını alır. Daha ağır və zərərsiz olan dib külü isə yol inşası üçün nəzərdə tutulmuş tikinti materiallarında istifadə məqsədilə təklif edilir. Tullantının yandırılması zamanı soyutmaq üçün istifadə olunan təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldilir. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçirilir və nəzarətdə saxlanılır.
 
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikilməsi qərara alınmışdır.
 
Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi və Fransanın “CNİM” şirkəti arasında 2008-ci ildə “Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodu”nun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Zavod 2012-ci ildən fəaliyyət göstərir.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL