waplog

Naxçıvan MR-də 6 ay ərzində 400-ə yaxın POS-terminal quraşdırılıb


Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması üçün Naxçıvan Muxtar Respublikasında cari ilin ilk altı ayı ərzində 398 POS-terminal quraşdırılıb.
 
 
"ICTnews" elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat muxtar respublikanın cari ilin 6 ayını əhatə edən sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
 
 
Hesabatda deyilir ki, bu göstərici 1 iyul 2014-cü il tarixə 646-ya çatıb.
 
 
Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərməkdədir.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL