waplog

“Nar Mobile” Ramazan Bayramına həsr edilmiş fotomüsabiqə elan edir


“Nar Mobile” mobil operatoru Ramazan Bayramı ərəfəsində maraqlı bir müsabiqə keçirmək qərarına gəlib. Gənclərin diqqətini Azərbaycanın zəngin tarix və mədəniyyətinə, xalqımızın milli irsi və adət-ənənələrinə cəlb etmək məqsədi daşıyan fotomüsabiqənin əsas məqsədi çağdaş dünyada ailə dəyərlərinin əhəmiyyətini vurğulamaq, ahıl yaşlarının gözəlliyini qabartmaq və nəsillərarası əlaqəni xatırlatmaqdan ibarətdir. Belə ki, müsabiqəyə valideynlərin, baba və nənələrin gündəlik həyatını əks etdirən müəllif fotoşəkilləri təqdim ediləcək.  
 
 
Qeyd edək ki, fotomüsabiqədə iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hər bir müəllif müsabiqəyə əvvəllər heç yerdə yerləşdirmədiyi 1 və ya 2 ədəd fotoşəkil təqdim edə bilər. Fotokamera və ya telefonla çəkilmiş şəkillər keyfiyyətli olmalı, özündə koloritli rənglər əks etdirməli, bədii dəyərə malik olmalı, ölkə tarixi, mədəniyyəti və adətlərini mümkün olduğu qədər tərənnüm etməli və xoş ovqat bəxş etməlidir.
 
İyul ayının 31-dək “Nar Mobile” mobil operatorunun “Facebook”, “Twitter” və “İnstagram” sosial şəbəkələrindəki rəsmi səhifələrinə göndəriləcək fotoşəkillər 1-8 avqust tarixləri arasında tanınmış simalardan ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.
 
Münsiflər heyəti Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, teleaparıcı Nərgiz Cəlilova, fotoqraf Sitarə İbrahimova, rəssam İrina Eldarova və “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Nigar Arpadaraidən ibarət olacaq.
 
 
 RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL