waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir xidməti elektronlaşdırılıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektronlaşdırılan xidmətlərinin siyahısına yenisi əlavə edilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, yeni elektronlaşdırılan “CDMA şəbəkəsinə qoşulma” xidməti “Elektron hökumət” portalı üzərindən təqdim olunacaq.
 
Sözügedən xidmət vasitəsilə vətəndaşlara CDMA simsiz rabitə xidməti şəbəkəsinə qoşulma üçün elektron qaydada rahat və asan şəkildə müraciət etmək imkanı yaradılıb.
 
Bununla da RYTN-in “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərinin sayı 34-ə çatdırılıb.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL