waplog

Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası gələn il hazır olacaq


2014-cü ilin birinci yarım ili ərzində Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri davam etdirib. Almaniyanın “KfW” bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılıb.
 
 
Hazırda Bakı şəhərinin 5 rayonunu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) tam əhatə edən 46,5 min hektar ərazidə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır. Paralel olaraq respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşmaq üzrədir.
 
Eyni zamanda, Almaniya Hökumətinin maliyyə dəstəyi ilə Şəki və Gəncənin bütün ərazisini əhatə edən tam məzmunlu kadastr işlərinə başlanılıb. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən 2014-cü ilin birinci yarımilliyində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitə sədri Kərəm Həsənov məlumat verib.
 
Sədrin sözlərinə görə, Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi üzrə işlərin icrasına başlanılıb. 2015-ci ildə Bakı şəhərinin tam rəqəmsal kadastr məlumat bazası hazır olacaq.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL