waplog

“NASA” Aya ilk insanın uçuşunun 45 illiyini qeyd edir


“NASA”-nın Kanaveral kosmodromunda yerləşən məşhur raket yığım kompleksi bundan sonra Ay səthinə ilk dəfə qədəm qoyan məşhur ABŞ astronavtı Nil Armstronqun adını daşıyacaq.

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) bu qərarı 20 iyul 1960-cı ildə Aya insanın qədəm qoymasının 45 illiyi münasibətilə qəbul olunub.  

Bu gün kosmodromda tarixi “Apollon 11” raketinin digər iki iştirakçısı 83 yaşlı Maykl Kollinz və 84 yaşlı Bazz Oldrin, eləcə də “NASA” direktoru Çarlz Bolden, Kennedi adına Kosmik Mərkəzin rəhbəri Robert Kaban, ABŞ-ın digər astronavtlarının iştirakı ilə təntənəli mərasim keçiriləcək. Onlar “Apollon” raketlərinin uzun illər ərsəyə gətirildiyi nəhəng binanın N. Armstronqun şərəfinə adlandırılmasını tarixi hadisə hesab edirlər.  


Eyni zamanda “NASA” nümayəndələri təəssüf hissi ilə qeyd edirlər ki, bu, Aya ilk insanın enməsinin əsas səbəbkarının iştirakı olmadan keçiriləcək ilk yubiley tədbiri olacaq. Belə ki, N.Armstronq 25 avqust 2012-ci ildə 82 yaşında ürəyində keçirilən əməliyyatdan sonra vəfat edib.

Əfsanəvi astronavt Hərbi Dəniz Qüvvələrinin ənənəsinə və vəsiyyətinə uyğun dənizdə dəfn edilib. O, astronavtlar dəstəsinə qoşulmazdan əvvəl hərbi donanmada təyyarəçi-sınaqçı vəzifəsində xidmət edib.

Aya uçuşdan sonra N.Armstronq “NASA” direktorunun köməkçisinin müavini təyin edilib, daha sonra doğma Ohayo ştatında universitetdə çalışıb. N.Armstronq bir çox fəxri adlara və mükafatlara, o cümlədən Fəxri medala, Azadlıq prezident medalına və ABŞ Konqresinin qızıl medalına layiq görülüb.

Bundan başqa, Ay kraterlərindən biri onun şərəfinə adlandılıb, - “İTAR-TASS www.itar-tass.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL