waplog

Valideynlər hər hansı verilişə konkret vaxt civarında qadağa qoya biləcəklər


“Ailə” TV kabel televiziyası operatoru geniş funksionallığı və əlverişliliyi ilə seçilən yeni HD resiverini təqdim edir. Əvvəlki modellərdən fərqli olaraq, DVB-C standartlı yeni HD TV resiver HDMİ və USB portları ilə təchiz olunub ki, bunun nəticəsində yüksək keyfiyyətli görüntü və media pleyer funksiyalarından istifadə etmək mümkün olur.
 
Həmçinin, yayımın USB yaddaş daşıyıcılarına yazılma imkanı və EPG (elektron proqram bələdçi) vasitəsilə bir neçə müxtəlif proqramın rezervasiyası funksiyaları, yeni HD TV resiveri ən müasir tələblərə uyğun resiver edir. “Caspian Telecom” Mətbuat xidmətindən verilən məlumata görə, yeniliklər yeni HD TV resiverinin menyusundan da yan keçməyib.
 
 Resiverin yenilənmiş menyusu, abunəçilərə “Ailə” TV kabel televiziyası xidmətlərindən daha rahat və operativ istifadə etməyə imkan verir. Yeni HD TV resiverdə valideyn nəzarəti funksiyası da mükəmməlləşdirilib. Əgər əvvəlki modellərdə hansısa bir verilişə qadağa qoymaq üçün bütöv TV kanalı bağlamaq lazım gəlirdisə, yeni HD TV resiverdə müəyyən verilişə, konkret vaxt civarında qadağa qoymaq mümkündür.
 
 
“Ailə” TV-nin yeni HD TV resiverinin əsas üstünlüklərindən biri də onun əlverişli qiymətə olmasıdır. Belə ki, yenilənmiş və daha funksional HD resiver əvvəlki SD resiver qiymətinə, 40 AZN-ə abunəçilərə təqdim olunur və beləliklə, köhnə model SD resiverləri həm qiymətdə, həm də keyfiyyət və funksionallıqda üstələyir. Bundan əlavə yeni HD TV resiverlərin abunəçilər üçün daha əlçatan olması və yeni texnologiyaya keçidin sürətləndirilməsi məqsədilə bir sıra həvəsləndirici aksiyalar da nəzərdə tutulub.
 
Bununla da “Ailə” TV, rəqəmsal yayıma keçid ilə bağlı dövlət proqramına da dəstək göstərir. Birillik abunə haqqını (108 AZN) indi ödəyən abunəçilərə yeni HD TV resiverlər pulsuz təqdim olunur. Gələcəkdə həmin HD TV resiverləri icarəyə də əldə etmək mümkün olacaq.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL