waplog

Azərbaycanla Gürcüstan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir


İyulun 17-18-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bir qrup əməkdaşı Gürcüstanın Ədliyyə Nazirliyinə məxsus Kibertəhlükəsizlik Mərkəzində olublar.

Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Ədliyyə Nazirliyinə məxsus “DataExchange” agentliyi ilə görüş keçirib. Görüşdə məqsəd Gürcüstanla Azərbaycan arasında kibertəhlükəsizlik mövzusunda əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin gerçəkləşdirilməsi olub.

Görüş çərçivəsində bölgədə kibertəhlükəsizlik səviyyəsinin artırılması məqsədilə birgə əməkdaşlığa dair fikir mübadiləsi və müzakirələr aparılıb. Bundan başqa, Azərbaycandan olan nümayəndə heyəti Gürcüstanın kibertəhlükəsizlik sahəsində qanunvericilik və normativ-hüquqi aktlarla tanış olub.

Elektron Təhlükəsizlik Mərkəzinin direktoru F.Fərmanovun sözlərinə görə, ümumilikdə bu görüş kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın artırılması məqsədilə ölkəmiz üçün əhəmiyyətli və faydalı hesab oluna bilər.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL