waplog

Nazirlik rabitə xərclərini açıqladı


Maliyyə Nazirliyi 2014-cü ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb. Sənəddən məlum olur ki, cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul 2,1 faiz artaraq 28743,0 mln. manat təşkil edib. Bu dövr ərzində qeyri-neft sektorunda ümumi daxili məhsulun həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 7,0 faiz artaraq 16173,9 mln. manata çatıb. Əhalinin gəlirlərinin artım sürəti mövcud inflyasiyanı 2,9 dəfə üstələyib.
 
Sənədin “Dövlət büdcəsi” hissəsində göstərilir ki, 2014-cü ilin altı ayında dövlət büdcəsinin mədaxili 9338,8 mln. manat, xərcləri 8723,8 mln. manat olub, 615,0 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
 
Bu dövr ərzində dövlət büdcəsinin mədaxili 9192,6, mln. manat proqnoza qarşı 9338,8 mln. manat və ya 1,6 faiz çox olub. Büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 96,9 mln. manat təşkil edib.  Sair daxilolmalardan nəzərdə tutulan 18,5 mln. manata qarşı büdcəyə 46,7 mln. manat və ya proqnoza nisbətən 2,5 dəfə çox vəsait daxil olub.
 
Xərclərə gəldikdə isə nazirlik əməkdaşları qeyd edir ki, cari ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 94,7 faiz və ya 8723,8 mln. manat icra olunub.
İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 30,3 faizi və ya 2644,9 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 334,3 mln. manat çoxdur.
Funksional təsnifata uyğun olaraq 2014-cü ilin birinci yarımilliyində ötən ilin eyni dövrü ilə müqayisədə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 19,5 faiz (22,4 mln. manat), təhsil xərclərinə 7,6 faiz (44,5 mln. manat), nəqliyyat və rabitə xərclərinə 6,3 faiz (2,2 mln. manat) çox vəsait yönəldilib.
 
Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1057,2 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2315,8 mln. manat vəsait yönəldilib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL