waplog

Belaruslular bank sistemində informasiya texnologiyaları infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Azərbaycan təcrübəsi ilə tanış olublar


Azərbaycan Respublikası Mərkəzi Bankında (MB) İnformasiya texnologiyaları infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq qurulması üzrə təcrübə ilə yaxından tanış olmaq məqsədi ilə Belarus Respublikası Milli Bankının nümayəndə heyəti üçün 16-18 iyul 2014-cü il tarixlərində təcrübə mübadiləsi keçirilib.
 
Görüş zamanı nümayəndə heyətinə Mərkəzi Bankda mövcud İnformasiya texnologiyaları infrastrukturu, onun inkişafı strategiyası və idarə olunması üzrə tətbiq olunan metodologiya və siyasət haqqında ətraflı məlumat verilib.
 
Bankdan bildirilib ki, daha sonra nümayəndə heyətinə İnformasiya texnologiyaları sahəsində Mərkəzi Bankın 2015-2020-ci illər üzrə inkişaf perspektivləri, "Help Desk" xidmətinin təşkili və insidentlərin idarə olunması üzrə geniş təqdimatlar keçirilib.
 
Nümayəndə heyəti AMB təcrübəsinin faydalı olduğunu vurğulamış, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsi və müvafiq sahələrdə yardımın göstərilməsinə ümid etdiklərini bildiriblər.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL