waplog

Çinin “Apple” şirkəti 12 dollarlıq “ağıllı” bilərzik nümayiş etdirib


"Xiaomi" şirkəti Mi 4 smartfonundan başqa, həmçinin "Mi Band" fitness bilərziyini nümayiş etdirib. Onun funksionallığı başqa istehsalçıların müvafiq qurğularına uyğun gəlir, amma yeni cihaz iki əsas özəlliyə (avtonom iş vaxtı və qiymət) malikdir.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by"  saytına istinadən bildirir ki, "Xiaomi Mi Band" istifadəçinin fiziki aktivliyini izləyir, qət edilmiş addımların sayını hesablayır, həmçinin yuxu mərhələlərini müəyyən edir və ən müvafiq dövrdə insanı yuxudan oyada bilər. Bilərzik sukeçirməzdir və daxili "Bluetooth 4.0" çipi vasitəsilə smartfonla məlumat mübadiləsi edir.
 
Çin istehsalçısı əmin edib ki, "Mi Band" bilərziyi bir ay müddətində avtonom işləyəcək. Qiyməti 12 dollar təşkil edir.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL