waplog

Regionlarda elektron poçt xidmətlərinin tətbiqi genişləndirilir


Beyləqanda poçt rabitəsi sahəsində yeni xidmətlərin tətbiqi səmərəli nəticələr verib. Bu barədə Poçt Filialının rəisi Rasim Ağayev məlumat verib.

Onun sözlərinə görə, bir şəhər, iyirmi beş kənd poçt şöbəsi vasitəsilə əhaliyə 40-dan yuxarı ənənəvi, qeyri-ənənəvi poçt və bank-maliyyə xidmətləri göstərilir. Son zamanlar Poçt Filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkişafında və xidmətə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində xeyli işlər görülüb.

Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan Respublikası arasında  imzalanmış “İnkişaf krediti haqqında” Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) həyata keçirilməsi istiqamətində Beyləqan poçt filialının aparatının struktur quruluşunda müvafiq dəyişiklik aparılmaqla bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb.

Hal-hazırda filial üzrə Müştəri xidmətləri və kənd poçt şöbələri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş bank-maliyyə xidmətlərinin göstərilməsi  ilə bağlı lisenziyalarla təmin olunmuş, bank müəssisələri kimi Vergilər Nazirliyindən qeydiyyatdan keçib.

           Poçt Filialı üzrə hazırda aşağıdakı bank-maliyyə xidmətləri göstərilir:,
 
 
 
 
 
 
 
 
Sığorta şirkətləri ilə bağlanmış müqavilələr əsasında filialda avtomobillərin icbari sığortası xidməti həyata keçirilir.
 
           Poçt Filialının tabeçiliyində olan  poçt şöbələri lazım olan sayda kompüter, faks, sürətçıxaran aparatı, elektron tərəzi və yanmayan seyflərlə təchiz edilib. Mövcud kompüterlər, RYTN-in Məlumat Hesablama Mərkəzinin serverinə, “Azərpoçt” MMC-nin “colvir” bank sisteminə qoşulmaqla, onlayn rejimində informasiya mübadiləsi həyata keçirir ki, bu da teleqram, pul baratı, şəhərlərarası telefon danışıq haqlarının, “Azercell”,  “Bakcell”, “Azerfon” telefon haqlarının və s. qəbulunu, poçtun ünvanlara çatdırılmasını, pul ödənişlərinin həyata keçirilməsini ən qısa zamanda təmin edir, bank-maliyyə xidmətlərinin keyfiyyətini yaxşılaşdırır.
 
        “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasında  “Elektron imza və elektron sənədlə bağlı bəzi normativ-hüquqi sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına və Milli Sertifikat Xidmətləri Mərkəzinin “sistem istifadəçiləri üçün təlimat”ına uyğun olaraq  Beyləqan Poçt Filialının müştəri xidmətləri şöbəsində elektron imza xidmətləri üçün Qeydiyyat Mərkəzi yaradılmış  hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına elektron imza xidmətləri göstərilir.

            Poçt Filialının xidmət ərazisinə ünvanlanmış poçt göndərişləri, dövri mətbuat, bazar ertəsi istisna olmaqla hər gün Bakı-Horadiz marşrutu ilə hərəkət edən “Azərpoçt” MMC-yə məxsus nəqliyyat vasitələri ilə daxil olur. Şəhərə ünvanlanan poçt göndərişləri həmin gün, kəndlərə ünvanlanan göndərişlər ən geci ertəsi gün çeşidlənərək rayon ərazisini əhatə edən iki istiqamətli marşrutla çatdırılır.

             Beyləqan rayon ərazisində yerləşən hərbi hissələrlə poçt filialı arasında sağlam münasibətlər qurulub. Hal-hazırda qüvvədə olan Müdafiə Nazirliyinin Hərbi strukturlarında müddətli və müddətdən artıq xidmət edən hərbi qulluqçuların “ƏSGƏRİ” poçt göndərişlərinə dair təlimatın 6.1, 6.2, 6.3, 6.4 maddələrinə əsasən hərbi hissə və müəssisələrə onların şəxsi heyətinə ünvanlanmış  adi və sifarişli göndərişləri, qiymətli məktub və banderolların, bağlamaların, pul baratlarının bildirişləri, dövri mətbuat və teleqramları almaq üçün hərbi hissə komandirləri daxili əmrlə  hərbi poçtalyon və ya məsul şəxsi təyin ediblər.

Poçt göndərişləri hərbi poçtalyon və ya məsul şəxslərə komandir tərəfindən imzalanmış və gerbli möhürlə təsdiqlənmiş etibarnamə əsasında poçt şöbələrində verilir. Poçt göndərişlərinin çatdırılması zamanı nəzarət-keçid müddətlərinə əməl olunur.
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL