waplog

Məlumat Hesablama Mərkəzi elektron imzanın üstünlüklərini açıqlayıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) əhalinin maarifləndirilməsi məqsədilə elektron imzanın üstünlükləri barədə məlumat yayıb.
 
Məlumatda qeyd olunur ki, elektron imza kargüzarlıq proseduralarının elektronlaşdırılması və bununla bağlı kağız əməliyyatlarının ləğv edilməsi və minimallaşdırılması işlərində açar rolunu oynayır. On il bundan əvvəl kargüzarlıq dedikdə, üst-üstə qalaqlanmış, hər an təhlükəsizliyi üçün narahat olduğumuz sənəd işi başa düşülürdü və adi sənəd mübadiləsi üçün on gün və ya aylarla vaxt tələb olunurdu. Hər şeyin sürətlə inkişaf etdiyi XXI əsrdə artıq dövrün tələblərini bu standartlarla ödəmək mümkün deyil. Elektron imza vasitəsilə həm işimizdə rahatlığımızı təmin edə, həm də narahatlıq yaşamadan uğur yolunu pillə-pillə qalxa bilərik.
 
Elektron imza vətəndaş-hökumət, hökumət-vətəndaş, biznes-hökumət, hökumət-biznes arasında elektron informasiya münasibətlərini təmin edir. Elektron imzadan istifadənin səmərəliliyini qısaca olaraq aşağıdakı kimi şərh etmək mümkündür:

- Elektron sənəd dövriyyəsi və təhlükəsizlik

- Kağız əməliyyatlarının ləğvi

- Sənədlərlə iş prosesində şəffaflıq

- Eyni sənədlə istənilən sayda istifadəçinin işləmə imkanı

- Hesabatların hazırlanmasında avtomatlaşdırma

- Sənəd arxivləri işinin səmərəli təşkili

- İdarəetmə effektivliyinin yüksəldilməsi

Bununla yanaşı, elektron imzanın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, bütünlük, tanınma, inkaredilməzlik məsuliyyətdən yayınmanın mümkünsüzlüyü), işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq, eyni imkanlar əldə edirlər.
 
Bir sözlə, elektron imza elektron sənəd mübadiləsində ən səmərəli vasitədir. Elektron imza virtual məkanda sənəd mübadiləsi iştirakçılarının şəxsiyyətini müəyyən edir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.
 
Qeyd edək ki, istifadəçilər http://www.e-imza.az linkindən istifadə edərək elektron imza haqqında ətraflı məlumat əldə edə bilər, tariflər, tələb olunan sənədlərlə tanış ola bilərlər.
 
Xatırladaq ki, elektron imza kartları və sertifikatları üçün müştəri ərizələrinin toplanılması, sertifikatların, kartların və ərizələrin emal statusu haqqında sorğulara baxılması prosesi qeydiyyat mərkəzlərində yerinə yetirilir. Bununla yanaşı, hər bir vətəndaş asanlıqla istənilən yerdən internet vasitəsi ilə e-imza.az saytından sertifikat almaq üçün onlayn rejimdə müraciət edə və ödəniş apara bilər.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL