waplog

“Samsung” smartfonu insan həyatını xilas edib


“Samsung”un smartfonları yalnız həyat üçün təhlükə deyil, həm də onu xilas edə bilər. Tayvan şəhərlərindən birində yerləşən restoranda 38 yaşlı Xen və 46 yaşlı Syu arasında mübahisə düşüb.

KİV-in məlumatına görə, Xen Syuya məxsus yerə salınmış (başqa informasiyaya görə oğurlanmış) pul kisəsini götürdükdən sonra müəssisədə olanlara "öz" hesabına pivə təklif edib.

“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, daha sonra məsələdən xəbər tutan Syu məsələni araşdırmaq üçün Xeni küçəyə çağırıb. Xenin əlində oraq, rəqibində isə tapança olub. Tezliklə Syu Xenin sinəsini hədəf alaraq ona atəş açıb. Xoşbəxtlikdən Xenin cibində olan “Samsung Galaxy Mega 6.3” smartfonu güllənin qarşısını alıb.

Xen zədələnsə də, amma smartfon onu ölümdən xilas edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL