waplog

Mərkəzi Xüsusi Rabitə İdarəsinin yaranmasının 75 illik yubileyi keçirilib


Bu gün “Azərpoçt” MMC-də  Mərkəzi Xüsusi Rabitə İdarəsinin yaranmasının 75 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.
 
Tədbirdə  “Azərpoçt” MMC-nin baş direktorunun  müavini Sübhan Kazımov bildirib ki, adıçəkilən idarə 75 il bundan əvvəl yaradılaraq məxfi sənədlərin daşınmasını həyata keçirib. Yarandığı gündən bu vaxta qədər fəaliyyətini yüksək səviyyədə quran idarə hazırda da üzərinə düşən işi məharətlə və qüsursuz şəkildə icra edir:
 
“Azərbaycan müstəqillik əldə etdikdən sonra da onlar öz işlərinin öhdəsindən yüksək peşəkarlıqla gəliblər. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun böyük diqqəti və qayğısı nəticəsində Mərkəzi Xüsusi Rabitə İdarəsinin fəaliyyəti daha da yaxşılaşıb. İdarənin binası təmir edilib. Həm paytaxtda, həm də regionlarda yerləşən qurumların maddi-texniki bazaları gücləndirilib. Xüsusi nəqliyyat vasitələri ilə təmin edilib”.
 
Sonra çıxış edən Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəis müavini Namiq Nəbiyev diqqəti əvvəlki illərə çəkərək bildirib ki, son illər idarənin ümumi fəaliyyəti müsbətə doğru dəyişib: “Şəxsən Əli Abbasovun böyük diqqət və səyi nəticəsində bir sıra dövlət orqanları ilə müqavilələr bağlanıldı. Bu müqavilələrdən sonra idarənin iş keyfiyyəti  daha da yüksəldi və gəlirləri artdı. Düşünürəm ki, vaxtında atılan bu addımlar bizim fəaliyyətimizin daha da inkişaf etməsinə və uzunmüddətli olmasına imkan yaradıb. Yeri gəlmişkən bildirim ki, idarənin maddi-texniki bazasının yaxşılaşdırılması işimizin keyfiyyətinə təsir edən amillərdəndir. Biz bu diqqəti, qayğını görəndən sonra daha da həvəslənirik. Söz veririk ki, bundan sonra da üzərimizə düşən işi böyük məsuliyyət hissi və peşəkarlıqla yerinə yetirəcəyik”.
 
 
Bundan sonra rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun imzaladığı əmrə əsasən Mərkəzi Xüsusi Rabitə İdarəsinin bir sıra əməkdaşına fəxri fərman və pul mükafatları verilib.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL