waplog

Bakıda Azərbaycanla İran arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunacaq


Bakıda avqustun 7-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran Biznes Forumu keçiriləcək.

"AZPROMO"-dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə ticarət, qida sənayesi, kənd təsərrüfatı, mühəndislik, tikinti və tikinti materiallarının istehsalı, nəqliyyat, dənizçilik və logistika, kimya məmulatlarının istehsalı, səhiyyə, İKT, konsaltinq və digər sektorları təmsil edən 50-yə yaxın İran şirkəti iştirak edəcək.
 
Tədbir İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətinin 4-7 avqust tarixlərində Azərbaycana səfəri çərçivəsində təşkil olunur.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL