waplog

Çin “Apple” şirkətinə məxsus avadanlıqları dövlət satınalmaları siyahısından çıxarıb?


“Reuters” agentliyi yazır ki, Çin hakimiyyəti dövlət və bələdiyyə orqanları üçün “Apple” şirkətinin istehsalı olan “iPad” planşetləri və  “MacBook” noutbuklarının satın alınması ilə bağlı qadağa haqda informasiyanı təkzib edib.
 
Bundan əvvəl “Bloomberg” agentliyi xəbər vermişdi ki, “Apple”ın 10 məhsulu Çinin dövlət satınalmaları üçün məhsullar siyahısından çıxarılıb. Guya hakimiyyət bu qurğularda məlumatların təhlükəsizliyi və kibercasusluqdan ehtiyat edir.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, amma Çinin satınalınmalar üzrə mərkəzi qurumu bu informasiyanı təkzib edərək bildirib ki, “Apple”ın qurğuları heç vaxt sözügedən siyahıda olmayıb.
 
“Apple”ın nümayəndələri də bildiriblər ki, şirkətin məhsulları bu siyahıda olmayıb.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL