waplog

Dünyanın ən sürətli fotokamerası yaradılıb



Yaponiya və ABŞ alimləri dünyanın ən sürətli fotokamerasını yaradıblar. Müəlliflər öz tədqiqat nəticələrini “Nature Photonics” jurnalında dərc edib.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, mütəxəssislər deyirlər ki, yeni kamera saniyədə 4,4 trilyonadək kadr çəkir ki, bu da mövcud analoqları ilə müqayisədə min dəfə çoxdur. Bu halda çəkilən şəkillərin təsvir ölçüsü 450x450 piksel təşkil edir.
 
Alimlər tərəfindən yaradılmış kameranın tutduğu ərazi bir neçə kvadrat metrə çatır.
 
Yeni kameranın tibb və avtomobil istehsalında tətbiq ediləcəyi gözlənilir.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL