waplog

Azərbaycanda Regional Rabitə Birliyinin iki iclası keçiriləcək


Bakıda avqustun 24-26-da Regional Rabitə Birliyinin (RRB) komissiyalarının iki iclası keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, avqustun 24-26-da RRB-nin tədbirlər planına uyğun olaraq Beynəlxalq Telekommunukasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun 12-ci iclası və avqustun 26-da RRB-nin Beynəlxalq Əməkdaşlığın əlaqələndirməsi üzrə Komissiyasının 29-cu iclası keçiriləcək.
 
Avqustun 23-24-də isə RRB-nin Beynəlxalq Telekommunikasiya İttifaqı ilə iş üzrə İşçi Qrupun iştirakçılarının toplantısı baş tutacaq.
 
İclasların gündəliyinə RRB üzv ölkələrin Rabitə Administrasiyalarının  Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransına və 2016-cı ildə Standartlaşdırma üzrə Ümumdünya Assambleyasına hazırlıq məsələləri daxildir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL