waplog

Hansı ölkənin sakinləri səyahət zamanı cihazlardan istifadə edir?!


Tayland sakinləri səyahət zamanı mobil qurğulardan istifadə üzrə turistlərin reytinqində birinci yerdə qərarlaşıb. Bu haqda "Hotels.com" portalının sorğusuna istinadən "The Daily Mail" nəşri yazıb. Taylanddan olan respondentlərin 85%-i bildirib ki, onlar səyahətdə də cihazdan istifadə edirlər.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, ikinci yerdə Cənubi koreyalılar (78%) qərarlaşıb. Yaponlar (69%) üçüncü olub. Sonrakı yerlərdə Çin (67%), Sinqapur (60%) və Tayvan (53%) sakinləri yer alıblar.
 
Bu halda cihazlar səyahət üçün ən vacib predmetlər siyahısında yer almayıb. Smartfon şəxsiyyət vəsiqəsi, gündən qoruma kremi, sığorta və gün eynəyindən sonra yalnız beşinci yeri tutur.
 
Sorğuda 28 ölkədən 2500 insan iştirak edib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL