waplog

“CIPS-2014” sərgisi bu il “BakuBuild 2014” ilə birgə oktyabr ayında keçiriləcək


7-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi "BakuBuild 2014" 20-ci Azərbaycan Beynəlxalq "İnşaat" sərgisi ilə birgə oktyabrın 22-25-də "Bakı Ekspo Mərkəzində" keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, "CIPS" - Azərbaycan və Cənubi Qafqaz regionunda təhlükəsizliyə həsr olunmuş ən nüfuzlu beynəlxalq ixtisaslaşdırılmış sərgidir.
 
Sərgi "Təhlükəsizliyin təmin edilməsi üçün texniki vasitələr", "Mühafizə televiziyası və müşahidə sistemləri", "Yanğın təhlükəsizliyi. Qəza-xilasetmə texnikası. Əməyin mühafizəsi", "Məlumatların mühafizəsi. Mikro-prosessorlu "smart" kartlar. İdentifikasiya texnologiyaları. Bank avadanlığı" bölmələrindən ibarət olacaq.
 
"CIPS" sərgisi hər il bu sahənin inkişaf təmayüllərini müəyyən edir və yeni məhsulları nümayiş etdirməklə yanaşı, mühüm strateji sazişlərin əldə olunması üçün lazımı şərait yaradır.
 
Bu il 5-ci Yubiley Xəzər Beynəlxalq "Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri" "CIPS" sərgisi "Xəzər İnşaat Həftəsi" cərcivəsində 18-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ilə birlikdə keçirilir.
2008-ci il təsis edilən sərgidə 18 ölkə iştirak edir. Statistikaya görə, ziyarətçilərin ümumi sayı 10 776 nəfərdir, unikal ziyarətçilərin sayı isə 7 697 nəfərdir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL