waplog

Azərbaycanın işgüzar dairələri Deli şəhərində keçiriləcək Hindistanın İKT şousuna dəvət olunurlar


12-13 fevral 2015-ci il tarixlərində Hindistanın Deli şəhərində Hindistanın İKT şousu (“INDIA IT SHOW 2015”) təşkil olunacaq.
 
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
 
Sərgi-konfransda yeniliklər və dünya təcrübəsi, o cümlədən böyük məlumat bazalarının idarəolunması, bulud texnologiyaları, “Elektron hökumət”, mobil tətbiq həlləri, elektron təhlükəsizlik, bank, maliyyə, sığorta, telekommunikasiya, elektron idarəetmə və s. istiqamətlər üzrə İT məhsul və həlləri təqdim olunacaq.
 
Həmçinin “INDIA IT SHOW 2015”də qlobal texnologiya bazarının inkişafı üzrə “B2B” görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL