waplog

“Samsung”un “Nook” planşetləri 179 dollara satılacaq


Koreyanın “Samsung” şirkəti “Barnes & Noble” şirkəti üçün yeni “Galaxy Tab 4 Nook” planşetini buraxıb. Aparatın birinci partiyası artıq mağazalara yerləşdirilib. Qurğunun qiyməti 180 dollar təşkil edir.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, yeni qurğu 1280 x 800 piksel təsvir ölçülü 7 düymlük ekrana malikdir. Son bir neçə ildə “B&N” şirkəti “Amazon” məhsulu, “Apple” və “Google” şirkətinin planşetləri ilə rəqabətdə yüz milyonlarla dollarını itirib.
 
Ötən il şirkət partnyor tapmadığı halda “Nook” bukriderlərinin buraxılışını dayandırmaq niyyətini açıqlamışdı. “Samsung”la birləşən “B&N” şirkəti gəlirliliyə qayıtmaq üçün cəhd edir.
 
 Modelin əsas rəqibi “Kindle Fire” rideri 139 dollara satılır.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL