waplog

“GoldenPay” Bakı Fond Birjasında səhmlərinin ilkin satışını təşkil edəcək


Azərbaycanın ilk onlayn ödəniş sisteminin yaradıcısı  "GoldenPay" şirkəti bu il Bakı Fond Birjasında səhmlərinin ilkin satışını (IPO) təşkil edəcək.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, emitent kimi çıxış edəcək "Golden Pay" şirkəti hazırda IPO-nun hazırlanmasının son mərhələsindədir.
 
"Biz bu gün artıq IPO-nun parametrlərini və keçirilmə tarixini müəyyən etmişik. Yaxın günlərdə biz IPO-nu sanksiyalaşdırmaq məqsədi ilə sərmayədarların ümumi toplantısını keçirmək niyyətindəyik və bundan sonra ictimaiyyətə daha ətraflı məlumat təqdim edəcəyik. Artıq bu gün əminliklə deyə bilərik ki, ilk  IPO bu il  keçiriləcək", – deyə şirkətdə bildiriblər.

Qeyd edək ki, ilkin hesablamalara görə hazırda "Golden Pay"in nizamnamə kapitalı 571 min manatdır. Hər səhmin dəyəri 1 manat səviyyəsində müəyyən edilib.
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL