waplog

Televizor bazarında 4K modellərin bazar payı 15 faizə çatır


2014-cü il, avqustun sonunda “Ultra HD” formatlı televizorların dünya bazarına nüfuzetmə səviyyəsi Yaponiya, Çin və ABŞ-da istehsal edilmiş yeni modellər sayəsində 15 faizə çata və ya ötə bilər.
 
“DigiTimes” nəşri yazır ki, Çində 4K televizorlara tələbat artır. Çinlilər ən çox ucuz modellərə maraq göstərirlər. 2014-cü ildə Çində satılmış “UHD” televizorların böyük əksəriyyətində ekranların ölçüsü 49-84 düym olub.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bazar müşahidəçilərinin qiymətləndirmələrinə görə, cari ildə dünyada təxminən 14-15 milyon “Ultra HD” TV satılacaq.
 
“Digitimes Research” tədqiqatçılarının proqnozuna görə, 2013-2017-ci illərdə 3840x2160 piksel təsvir ölçülü televizorların tədarükü hər il orta hesabla 160 faiz artacaq və proqnozlaşdırılan dövrün sonunadək 68,2 milyona çatacaq.
 
Emil Hüseynov
 

 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL