waplog

Azərbaycanda aqrar sahədə informasiya monitorinq sisteminin yaradılması nəzərdə tutulur


 Azərbaycanda aqrar sahədə tədqiqatlar və innovasiyalar sistemi təşkil olunacaq. Bu mövzu ilə bağlı müzakirələr Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi ilə (EİM) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi arasında keçirilən görüşdə aparılıb.
 
 
Belə ki, EİM-in Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov  başda olmaqla  qurumun bir qrup əməkdaşı sözügedən elm mərkəzində olublar.
 
 
Mərkəzin direktoru, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Əsəd Musayev və direktor müavini, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Eldar Kosayevlə görüşüb. AMEA Elmi İnnovasiyalar Mərkəzinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Orxan Məmmədov qeyd edib ki, görüşdə aqrar sahədə tədqiqatlar və innovasiyalar sisteminin təşkili mövzusunda söhbətlərlə yanaşı, əsas iqtisadi problemləri tədqiq etmək, xırda fermer təsərrüfatı sahəsində sahibkarlığın inkişafı, informasiya monitorinq sisteminin yaradılması, taxıl istehsalı və emalına dair yeni layihələrin işlənməsi və s.  mövzuda fikir mübadiləsi olub.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL