waplog

Nar Mobile növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim edib


Biləsuvar şəhəri H.Əliyev prospektində Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirilib.

Yeni açılan "Nar Dünyası" satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir.

Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq.

"Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksəkkeyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksesuarları ilə tanış olub, 3,6 mbp/s yüksəksürətli mobil internet bağlantısından canlı istifadə ediblər.

Hazırda Bakı şəhərində Nar Mobile tərəfindən təqdim edilən 11 yeni "Nar Dünyası" satış və xidmət mərkəzi fəaliyyət göstərir. Bölgələrdən isə Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, İmişli və Salyanda yeni açılmış mərkəzlər müştərilərə yüksəkkeyfiyyətli xidmət təqdim edirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL