waplog

Mobil rabitə xidmətləri bazarının rüblük həcmi 0,6 faiz artıb


2014-cü ilin birinci rübündə mobil rabitə operatorlarının ümumi gəliri 264 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 0,6 faiz daha yüksəkdir. "ABI Research" analitiklərinin proqnozuna görə, cari ilin yekununa görə, gəlir mobil internetin inkişafı hesabına illik hesablama üzrə 2,9 faiz artaraq 1 trilyon dolları ötəcək.
 
2019-cu ilədək mobil məlumatların ötürülməsi seqmentinin həcmi 456,7 milyard dollara çatacaq ki, bu da nəzərdən keçirilən bazarın 44,7 faizi deməkdir. Operatorların abunəçi bazasının və mobil şəbəkələrin tutumunun artması bu inkişafa səbəb olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mobil operatorların gəlirinin qlobal miqyasda artmasına baxmayaraq, Qərbi Avropada 2014-cü ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz azalıb.
 
Mobil şirkətlər mobil məlumatların ötürülməsi hesabına ənənəvi səsli xidmətlər və SMS mesajlardan əldə olunan gəlirin azalmasını kompensasiya etməyə çalışır. Məsələn, Yaponiya və Cənubi Koreya operatorları abunəçiləri öz mobil internetinə cəlb etmək üçün mümkün olan hər bir şeyi edirlər, onlar 2019-cu ildə hər bir mobil rabitə istifadəçisinin şəbəkədən aylıq təxminən 12 QB informasiya yükləyəcəyini gözləyirlər. "ABI Research" tədqiqat şirkətinin qiymətləndirməsinə görə, beş il sonra mobil qurğular tərəfindən generasiya olunan qlobal trafikin həcmi altı dəfə artaraq 260,8 ekzabayt təşkil edəcək.
 
Qlobal Mobil Avadanlıq Tədarükçüləri Assosiasiyasının məlumatına görə, 2013-cü ildə dünyada mobil rabitə abunəçilərinin sayı 6.25 faiz artaraq 6,78 milyard insan təşkil edib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL