waplog

“Asus” şirkəti sentyabrın 3-də “ağıllı” saatlarını nümayiş etdirəcək


Bir həftə sonra Berlində start götürəcək “IFA 2014” sərgisində “Asus” şirkəti ilk smart saatını nümayiş etdirəcək.

Hazırda məhsul haqqında rəsmi məlumat yoxdur, amma şirkətin “Facebook” və “Twitter” səhifələrində “ağıllı” saatın şarjı yerləşdirilib. Məlumdur ki, “Asus” şirkətinin “ağıllı” saatları “Android Wear” əməliyyat sistemi ilə işləyəcək.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin nümayəndələri bildiriblər ki, cihaz sentyabrın 3-də nümayiş etdiriləcək. “TechCrunch” nəşrinin məlumatına görə, saatın qiyməti 150 dollar olacaq. Məsələn, bir qədər əvvəl “Motorola” şirkəti 250 dollar məbləğində “Moto 360” “ağıllı” saatını təqdim edib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL