waplog

Server bazarında artım qeydə alınıb


Server bazarında uzunmüddətli enişdən sonra artım qeydə alınıb.
 
“International Data Corporation” (IDC) tədqiqat agentliyi analitiklərinin hesablamalarına görə, 2014-cü ilin ikinci rübündə server istehsalçılarının ümumi gəliri 12,6 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 2,5% çoxdur. Əvvəlki beş rüb məhsul satışının həcmi davamlı azalıb. Ötən rüb serverlərin tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 2,2 milyona çatıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, başlanğıc səviyyəli serverlər seqmentində tədarük 4,9% yüksəlib ki, bu da beşinci ardıcıl artımdır. Bu halda orta səviyyəli aparatların buraxılışı 11,6% artıb və məhsuldar sistem sektorunda 9,8%-lik azalma qeydə alınıb.
 
“HP” şirkəti server satışı üzrə birinci yerdə qərarlaşıb: şirkət 2014-cü ilin ikinci rübündə 3,2 milyard dollar qazanıb ki, bu da ötənilki  göstərici ilə müqayisədə 4% daha yüksəkdir.
 
Sözügedən bazarda ikinci yerdə “IBM”, üçüncüdə isə “Dell” şirkətləri qərarlaşıb.
 
Emil Hüseynov

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL