waplog

“LG” şirkəti 10 milyon “G3” smartfonu satacağına ümid edir


Cənubi Koreyanın “LG Electronics” şirkəti 2014-cü ilin mayında qabaqcıl “G3” smartfonunu yerli bazara buraxıb. Bundan sonra qurğu sürətlə bir çox ölkələrdə satışa çıxarılıb. Geniş satış coğrafiyasını nəzərə alan istehsalçı 10 milyon “LG G3” smartfonu satmaq niyyətindədir.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “LG” nümayəndəsinə istinadən “The Korea Times” nəşri yazır ki, şirkətin bu smartfonu satış həcmi 10 milyonu ötəcək ilk cihaz olacaq. Amma şirkət bu tapşırığın yerinə yetiriləcəyi dəqiq tarixi açıqlamayıb.
 
“IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2014-cü ilin ikinci rübündə qlobal smartfon bazarında “LG” şirkətinin payı 4,9% təşkil edib ki, bu da “Samsung”un göstəricisindən beş dəfə azdır. “Apple”ın bazar payı 11,9%, “Huawei” şirkətində isə 6,9% təşkil edir.
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL