waplog

“Warface game” gənclər arasında İKT festivalı keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Warface game" gənclər arasında İKT festivalı keçirilib.
 
Salyan və Neftçala rayonlarında təşkil edilən layihənin məqsədi gənclər arasında informasiya texnologiyalarının, onlayn oyunların, İKT-nin yaratdığı imkanların düzgün istifadəsinin təbliğ edilməsi və gənclərin asudə vaxtını səmərəli keçirməsinə yardımçı olmaqdır.
 
Layihə qalibi Xalid Musayev qeyd edib ki, İKT festivalı layihəsi gənclər tərəfindən maraqla qarşılanıb: "Festivalda gənclərə informasiya texnologiyaları haqqında məlumatları özündə birləşdirən bukletlər paylanıb. Festivalda 40 nəfərdən çox gənc iştirak edib". Festivalda qeyd olunub ki, bütün sahələrə nüfuz edən İKT təhsil sektorunda da geniş tətbiq edilir:
 
"İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını artırır, belə ki, gözlə görünməyən, rəng və formasını dəyişən əşyaların təsvirini reallaşdırır. Video və ya animasiyalar formasında olan  tapşırıqların yaxşı mətn və gözəl musiqinin müşayiəti ilə verilməsi şagirdə güclü təsir edərək, onun bədii zövqünün inkişafına, materialı daha yaxşı mənimsəməsinə səbəb olur. Beləliklə, İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf perspektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün maraqlı imkanlar açır".
 
Layihə rəhbərinin sözlərinə görə, İKT-nin təlimdə istifadəsi və təhsil şəbəkələrinin yaradılması  təhsilin gələcək inkişafı üçün vacib şərtdir:
 
"Əvvəla, İKT-nin geniş tətbiqi müəllimin məqsəd və vəzifəsini daşıyır. İkincisi, məktəbdə təhsil mühitinin yaradılması təhsil biliklərində iştirak imkanı yaradır. Son nəticə olaraq müəllim və şagirdlər bilavasitə sinifdə dərs zamanı  və virtual rejimdə birgə işləyə və ünsiyyətdə ola bilərlər. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur".
 
 

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL