waplog

Azərbaycan Ümumdünya İqtisadi Forumunun dünya ölkələrinin rəqabətlik reytinqində daha da yüksəlib


Azərbaycan dünya ölkələrinin rəqabətlik reytinqində 144 ölkə arasında 38-ci yeri tutmaqla mövqeyini yaxşılaşdırıb. Bu barədə Ümumdünya İqtisadi Forumunun (ÜİF) 2014-2015-ci illər üçün rəqabətlik indeksi üzrə hesabatında deyilir.  

Hesabata əsasən, Azərbaycanın reytinqdə rəqabətlik indeksi 4,53 təşkil edib.

ÜİF-in 2013-2014-cü illər üçün əvvəlki hesabatına görə, Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb.
 
İndekslər üzrə reytinqə görə, Azərbaycan makroiqtisadi mühit üzrə doqquzuncu, əmək bazarlarının effektivliyi üzrə 33-cü yerdə qərarlaşıb.

Dünyanın ən rəqabətli ölkəsi İsveçrə olub. Liderlər beşliyinə həmçinin Sinqapur, ABŞ, Finlandiya və Almaniya daxildir.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL