waplog

“Lenova” oyun həvəskarları üçün noutbuk təqdim edib


Bir çox şirkətlər hətta ən məhsuldar qurğuların kiçildilməsinə çalışırlar. Kiçik ölçüyə malik aktual oyun sistemləri olan “Alienware” və “Razer” istisna deyil. Amma “Lenovo” şirkəti bir qədər fərqli yol seçib: 3,4 kq çəkisində 17,3 düymlük Full HD formatlı ekranla təchiz edilmiş “Y70 Touch” oyun leptopunu yaradıb.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, cihaz “Intel Core i7” (Haswell) prosessoru və “NVIDIA GeForce GTX 800M” qrafikası ilə təchiz edilib. Noutbuk 16 QB əməli yaddaşla təchiz edilə  bilər, seçim kimi 1 TB-lıq sər disk və ya 250 QB-lıq sərtgövdəli daşıyıcı təklif edilir. Həmçinin iki “USB 3.0” və bir “USB 2.0” konnektoru, “HDMI”, JBL dinamikləri mövcuddur.
 
“Lenovo Y70 Touch” noutbukunun akkumulyatoru 5 saatlıq avtonom iş üçün kifayət etməlidir.
 
Oktyabrda cihazın satışlarına başlanacaq, standart versiyasının qiyməti 1299 dollar təşkil edəcək.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL